Baydendən KRİTİK BƏYANAT: "Məni səhv başa düşməyin, Ukraynanın..."
Bizi izləyin

ABŞ

Baydendən KRİTİK BƏYANAT: "Məni səhv başa düşməyin, Ukraynanın..."

ABŞ Ukrayna ilə bağlı hazırkı kursdan əl çəkmək niyyətində deyil və müttəfiqləri ilə birlikdə NATO ərazisini müdafiə etməyə hazırdır.

Bu barədə Publika.az ABŞ prezidenti Co Baydenin çıxışına istinadla xəbər verir .

"Biz hazırkı kursa sadiq qalacağıq. Biz Ukraynanın özünü, ərazisini və azadlığını, o cümlədən əlavə resursları müdafiə edə bilməsi üçün hərbi texnika tədarükünü davam etdirmək niyyətindəyik", - prezident bildirib.

Bayden Konqresin Ukraynaya özünü müdafiə etmək və düşməni dəf etmək üçün ona verəcəyi 13 milyard dolları nəzərdə tutur.

"Birləşmiş Ştatlar NATO-dakı müttəfiqlərimizlə birlikdə NATO ərazisinin hər qarışını müdafiə etməyə tam hazırdır. Məni səhv başa düşməyin", - Bayden əlavə edib.

Xatırladaq ki, ABŞ ərazilərinin ilhaqına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm