Nyu-Yorkda Rusiya konsulluğunun binasını “bəzədilər” - VİDEO
Bizi izləyin

ABŞ

Nyu-Yorkda Rusiya konsulluğunun binasını “bəzədilər” - VİDEO

Naməlum şəxslər Rusiyanın Nyu-Yorkdakı Baş konsulluğunun binasına qırmızı boya atıblar.

Publika.az “qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Konsulluq əməkdaşlarının sözlərinə görə, sözügedən aksiyada iki nəfər iştirak edib. Onlardan biri binanı boyayan zaman digəri hadisəni lentə alıb.

Məlumata görə, boya çox qalın təbəqə ilə atıldığından konsulluğun əməkdaşları binanın taxta giriş qapısını açmaqda çətinlik çəkib.

Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunsa da, insidenti törədən şəxsləri saxlamaq mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm