Rusiya ABŞ-ın hegemonluğuna belə son qoya bilər
Bizi izləyin

ABŞ

Rusiya ABŞ-ın hegemonluğuna belə son qoya bilər

Rəqəmsal rubl tətbiq olunduqdan sonra Rusiya ABŞ-ın maliyyə hegemonluğuna son qoya biləcək.

Publika.az xəbər verir ki, bu barədə BFM TV-də aparıcı Aude Kersulek məlumat verib.

“Əsasən rəqəmsal rubl Rusiyanın əsas ticarət tərəfdaşına çevrilmiş Çinlə əməliyyatlar üçün lazımdır. Həmçinin rəqəmsal rublun tətbiqi Rusiya banklarının ayrıldığı SWIFT sistemindən yan keçməyə imkan verəcək”, - Kersulek bildirib.

Onun sözlərinə görə, rəqəmsal rublun köməyi ilə Rusiya əməliyyatları daha sürətli həyata keçirə biləcək, həm də onların sayını artıra biləcək.

O əlavə edib ki, Rusiya bu yaxınlarda rəqəmsal aktivləri dəstəkləmək üçün tədbirlər görüb. Məsələn, bitkoin mədən qaydaları daha yumşaq olub. Bu hərəkətlər Rusiyanın rəqəmsal aktivlərə müsbət baxmağa başladığını göstərir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm