ABŞ Çinin beş addımlığında təlimlərə başladı
Bizi izləyin

ABŞ

ABŞ Çinin beş addımlığında təlimlərə başladı

Filippin və ABŞ orduları Cənubi Çin dənizindəki ani böhranlara və Tayvan gərginliyinə dərhal cavab vermək üçün birgə təlimlərə başlayıb. Təlimlərdə 2500-dən çox əsgərin iştirak etdiyi bildirilir.

Publika.az xəbər verir ki, Luzon adası ətrafında keçirilən manevrlərdə ABŞ-dan 1900, Filippin ordusundan 600-dən çox dəniz piyadası iştirak edir.

Oktyabrın 14-də başa çatacaq təlimdə ABŞ-ın HİMARS raket sistemləri və səsdən iti döyüş təyyarələri həqiqi atəş açıblar.

ABŞ ordusunun 3-cü dəniz piyada diviziyasının komandiri, general-mayor Cey Barqeron Filippindəki təlimlərin Yaponiyanın şimalındakı Hokkaydo adasında Birləşmiş Ştatlar və Yaponiya əsgərlərinin keçirdiyi təlimlərlə eyni tarixlərə düşdüyünə diqqət çəkib:

“Eyni vaxtda keçirilən təlimlər ABŞ-ın müttəfiqləri Filippin və Yaponiya ilə real birgə fəaliyyətlər vasitəsilə müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. Bu təlimlər Hind-Sakit okean regionunda potensial böhrana cavab verəcək. Qarşılıqlı fəaliyyət və hazırlıq amillərini gücləndirəcək, tərəflərin əməkdaşlığını artıracaq. Eyni zamanda, taktiki əməliyyatlar vasitəsilə dəniz piyadalarının humanitar və təcili yardım imkanlarını təkmilləşdirəcək”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm