NASA “Crew-5” və “Artemida-1”-i bərpa edir
Bizi izləyin

ABŞ

NASA “Crew-5” və “Artemida-1”-i bərpa edir

Beynəlxalq kosmik stansiyaya uçmalı olan heyətin üzvləri “İan” qasırğası ilə bağlı ləngimədən sonra uçuşa hazırlaşmaq üçün Floridaya gəliblər.

Publika.az xəbər verir ki, ötən həftə Floridanın qərb sahillərini cənginə almış dördüncü dərəcəli “İan” qasırğası Fort-Mayers rayonunu bürümüşdü. Güclü qasırğa səbəbindən NASA-nın kosmik proqramları və Kanaveral burnunda yerləşən Kennedi kosmik mərkəzindən uçuş təxirə salınmışdı.

Lakin “Crew-5” missiyasının 4 üzvü şənbə günü İlon Maskın “Space X” proqramı çərçivəsində uçuşa hazırlıq mərkəzinə gəlib. NASA-dan verilən məlumata görə, astronavtlar - amerikalı Nikol Mann və Coş Kassada, yaponiyalı Koici Vakata və rusiyalı Anna Kikina Beynəlxalq kosmik stansiyaya birlikdə uçacaqlar. NASA-da bildirilib: “Agentliyin kommersiya proqramı çərçivəsində “Falcon-9” raketində orbital laboratoriyaya uçmaq üçün “Space X Dracon” kosmik gəmisindən istifadə edən astronavt heyətindən ibarət missiya ekipajın beşinci rotasiyasıdır. Uçuş orta şərq vaxtı ilə çərşənbə günü günortaya təyin edilib. Gözlənildiyinə görə, “Space X” gəmisi bir gündən sonra Beynəlxalq kosmik stansiya ilə birləşəcək”.

“İan” qasırğası səbəbindən NASA daha bir cəhddən – “Artemida-1” raketinin Aya sınaq uçuşunu həyata keçirməkdən imtina etməyə məcbur olub. NASA nümayəndələri bildiriblər ki, Floridada baş verən qasırğadan sonra uçuş qurğularının hələ yaxşı vəziyyətdə olması aşkar edilib. Yaxın vaxtlarda əlavə test yoxlamaları gözlənilir.

NASA-da deyiblər: “Komandalar qasırğadan sonra bərpa əməliyyatlarını başa çatdırırlar. Buna görə NASA-da “Artemida-1” raketinin noyabrın 12-dən 27-dək olan dövrdə buraxılması üzərində səyləri cəmləşdirmək qərara alınıb”.

“İan” qasırğasından sonra “Artemid-1” komandası kosmik uçuş sisteminin 3000 tonluq raketini və “Orion” kosmik gəmisini nəqliyyat vasitələrinin yığıldığı binaya qaytarmağa məcbur olub. Raketi start meydançasından altı kilometr məsafədə yerləşən “sığınacağa” çatdırmaq üçün 9 saatdan çox vaxt sərf edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm