ABŞ
Nyu-York miqrant əlindən “boğulur” - Fövqəladə Vəziyyət

Birləşmiş Ştatların Nyu-York ştatında qeyri-qanuni miqrant axının qarşısını almaq məqsədilə fövqəladə vəziyyət elan olunub.
Publika.az xarici seqmentlərə istinadla xəbər verir ki, ABŞ-ın ən böyük şəhərinin meri Erik Adams megapolis sakinlərinə müraciətində bildirib ki, o, qeyri-qanuni miqrant axını ilə bağlı fövqəladə vəziyyət elan etməyə məcburdur.
Merin sözlərinə görə, şəhər böhran vəziyyətinə düşüb və sıxlıqdan “boğulur”. 2022-ci ilin aprel ayından sonra 17 mindən çox əcnəbi cənub sərhədlərindən sığınacaqlara aparılıb. Adams miqrantların əksəriyyətinin Cənubi Amerikadan gəldiyini bildirib.
Hakimiyyət problemi həll etmək üçün gələn ilin birinci yarısı üçün təxminən 1 milyard dollar xərcləməyi planlaşdırır. Şəhər Şurasının sədrinin söözlərin görə, Nyu-Yorkda evsizlərin sığınacaq sistemi yüz faiz yüklənib, 60 mindən çox insan isə özünə daimi yaşayış yeri axtarır. Bunların da 20 mini uşaqdır. Ölkənin Cənub ştatlarından heç bir koordinasiya və xəbərdarlıq edilmədən hər gün qeyri-qanuni miqrantların olduğu 5-6 avtobus meqapolisə gəlir.

-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə