ABŞ
ABŞ-dan Çinə qarşı addım: Çip ixracı dayandırılır

ABŞ administrasiyası Çinin hərbi gücü üçün lazım olan kritik texnologiyalara çıxışının qarşısını almaq üçün ölkəyə qabaqcıl çiplərin ixracına yeni məhdudiyyətlər qoyub.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, ABŞ-dan “ChinaNaN”ə çip ixracına yeni məhdudiyyətlər tətbiq edilir.
ABŞ Ticarət Departamentinin bəyanatında deyilir ki, yeni ixrac nəzarəti Çinin qabaqcıl hesablama çipləri əldə etmək, superkompüterlər hazırlamaq və onlara qulluq etmək və qabaqcıl yarımkeçiricilər istehsal etmək imkanlarını məhdudlaşdıracaq.
Açıqlamada bu məhsul və imkanların Çin tərəfindən qabaqcıl hərbi sistemlərin, o cümlədən kütləvi qırğın silahlarının istehsalı üçün istifadə edildiyi bildirilib.
Bəzi qabaqcıl və yüksək performanslı hesablama çipləri və belə çipləri ehtiva edən kompüter məhsullarının Ticarət Yoxlama Siyahısına əlavə edildiyi bildirilib və bu məhsulları Çinə ixrac etmək istəyən şirkətlərin lisenziya alması lazım olduğu qeyd edilib.
Çiplərin istehsalında istifadə edilən avadanlıqların lisenziyasız Çinə satışına icazə verilməyəcəyi izah edilib.
Digər tərəfdən, nazirliyin açıqlamasında 31 Çin şirkətinin həssas texnologiya ixracına görə ABŞ səlahiyyətliləri tərəfindən etibarlılığı yoxlanıla bilməyən şirkətlər siyahısına əlavə edildiyi qeyd edilib.

-
Hadisə13:03
Sumqayıtda partlayış oldu - Xəsarət alanlar var
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI
-
Sosial07:55
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı