ABŞ Polşadakı "raket insidenti"nə görə Rusiyanı GÜNAHLANDIRDI
Bizi izləyin

ABŞ

ABŞ Polşadakı "raket insidenti"nə görə Rusiyanı GÜNAHLANDIRDI

"İstintaqın onun Ukraynanın hava hücumundan müdafiə raketi olduğuna dair ilkin nəticələri təsdiq edib-etməməsindən asılı olmayaraq, Polşadakı raket insidentinə görə Rusiya məsuliyyət daşıyır".

Publika.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson deyib.

"Yekun nəticələr nə olursa olsun, bu faciəli hadisəyə görə son nəticədə məsuliyyət daşıyan tərəfin Rusiya olduğu aydındır", - o, Rusiyanın Ukraynanın infrastrukturuna raket zərbələri endirdiyini diqqətə çadıraraq əlavə edib.

ABŞ administrasiyasının yaydığı yazılı açıqlamaya Watson əlavə edib: "Ukraynanın özünümüdafiə hüququ var idi və indi də var".

O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Varşavanın apardığı təhqiqata inanır və Polşadakı partlayışın Ukrayna hava hücumundan müdafiə raketinin düşməsi nəticəsində baş verdiyinə dair ilkin nəticələrə zidd heç nə görməyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Polşa səfirini çağırıb, ona Polşada anti-Rusiya isteriyasının yolverilməz olduğu bildirilib. Bu insidentlə bağlı hər cür anti-Rusiya spekulyasiyasını dayandırmağı tövsiyə edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm