NATO-dan XƏBƏRDARLIQ: Cavab veriləcək!
Bizi izləyin

ABŞ

NATO-dan XƏBƏRDARLIQ: Cavab veriləcək!

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, İsveç və Finlandiyaya qarşı hər hansı hücum və ya təcavüz olarsa, NATO buna reaksiya verəcək.

Publika.az-ın xəbərinə görə, baş katib Yens Stoltenberq bunu 29-30 noyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuat konfransında deyib.

İsveç və Finlandiyanın üzvlük müraciətləri ilə bağlı sualı cavablandıran Stoltenberq xatırladıb ki, iki ölkənin müraciətindən sonra imzalanan üzvlük protokolları Macarıstan və Türkiye istisna olmaqla, 28 üzv ölkənin parlamentləri tərəfindən təsdiqlənib.

Qalan iki ölkənin də təsdiqləyəcəyinə inandığını bildirən Yens Stoltenberq bunun ən qısa zamanda reallaşmasına çağırıb.

O, bu məsələnin noyabrın əvvəlində İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə olunduğunu dilə gətirib.

Stoltenberq İsveç və Finlandiyanın iyun ayında Türkiyə ilə imzaladığı üçtərəfli memorandumun tələblərini yerinə yetirdiyini də bildirib.

Stoltenberq İsveçin antiterror qanununu dəyişdiyini, bu qanunu daha sərtləşdirdiyini, silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını və hər iki ölkənin terrorla mübarizədə uzunmüddətli əməkdaşlıq öhdəliyi olduğunu qeyd edib.

İki ölkənin NATO üzvlüyünün alyansı gücləndirəcəyini vurğulayan Stoltenberq ABŞ və İngiltərə də daxil olmaqla bəzi ölkələrin İsveç və Finlandiyaya təhlükəsizlik zəmanəti verdiyini xatırladıb:

"İki ölkə NATO-nun bütün fəaliyyətlərində iştirak edir, istər hərbi, istərsə də mülki... Bu o deməkdir ki, İsveç və ya Finlandiyaya qarşı hər hansı bir hücum və ya aqressiv münasibət olarsa, NATO-nun reaksiya verməyəcəyi düşünülə bilməz. Mütləq cavab veriləcək".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm