ŞOK İDDİA: ABŞ Rusiyanın vurulmasına ƏNGƏL OLUB
Bizi izləyin

ABŞ

ŞOK İDDİA: ABŞ Rusiyanın vurulmasına ƏNGƏL OLUB

ABŞ Kiyevin Rusiyaya zərbə endirməsinin qarşısını almaq üçün HIMARS raket buraxılış sistemlərini dəyişdirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadla "The Wall Street Journal" məlumat yayıb.

"Birləşmiş Ştatlar Ukraynaya verdiyi qabaqcıl HIMARS reaktiv yaylım atəş sistemlərini gizli şəkildə modifikasiya etdi ki, onlardan Rusiyaya uzaq mənzilli raketlər atmaq üçün istifadə olunmasın", - nəşr xəbər verir.

Qəzetin mənbələrinin məlumatına görə, ABŞ iyun ayından etibarən Kiyevə HIMARS artilleriya-raket kompleksinin 20 buraxılış qurğusunu və demək olar ki, 50 mil mənzilli raketlər verib.

Eyni zamanda, "Reuters" yazır ki, Pentaqon Ukraynanı Rusiyanın arxa cəbhəsinə zərbə endirməyə imkan verəcək bombalarla təchiz etməyə başlamaq niyyətindədir.

Ukrayna prezidenti Vladimir Zelenski bundan əvvəl NATO-nu Rusiyaya qarşı qabaqlayıcı zərbələr endirməyə və Moskvanın nüvə silahından istifadə etməsini gözləməyə çağırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm