Çin ABŞ-ı məhv etməklə HƏDƏLƏDİ
Bizi izləyin

ABŞ

Çin ABŞ-ı məhv etməklə HƏDƏLƏDİ

Vaşinqtonun Ukraynadakı münaqişəyə müdaxiləsi Amerika hegemonluğunun məhv edilməsi zərurətindən xəbər verir.

Publika.az xəbər verir ki, bu barədə Çinin “Global Times” nəşri yazıb.

Nəşr bildirir ki, Birləşmiş Ştatlar ardıcıl olaraq Avropanı Ukraynadakı münaqişədə Rusiyaya qarşı durmağa çağırır, eyni zamanda, məqsədli şəkildə Avropa iqtisadiyyatını pisləşdirməyə yönəlmiş rəqabəti qızışdırır. Qəzet yazır ki, nəticədə müttəfiqləri və beynəlxalq ictimaiyyət tərəfindən Vaşinqtonun etimadı azalmaqda davam edir.

“Gələcək onillik hər hansı bir şey üçün həlledici olacaqsa, bu, Vaşinqtonun qəddar hegemonluğunu sındırmaq və əsl qlobal bərabərlik və ədalətin bərqərar olması ilə bağlı olmalıdır”, - deyə "Global Times" yazıb.

ABŞ dünyada xaos yaratmaqda ittiham olunur

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lijian ABŞ-ı ayrıseçkilik etmədən güc tətbiq etməkdə və məcburi diplomatiyada ittiham edib. O vurğulayıb ki, Vaşinqton öz məqsədlərinə çatmaq üçün siyasi, iqtisadi və texnoloji təcriddən istifadə edir.

Diplomat həmçinin ABŞ-ı dezinformasiya yaydığına görə qınayıb, buna misal olaraq hökumətin İraq və Suriyadakı müharibələrdəki "fəaliyyətini" misal göstərib. Sözçü Vaşinqtona müraciət edərək, ÇXR-ə hücumları dayandırmaq və iki dövlətin böyük güclər kimi birgə yaşaması istiqamətində addımlar atmağa başlamağı xahiş edib.

ABŞ və Çinin qırmızı xətti

Çin prezidenti Si Cinpin deyib ki, Çin və ABŞ münasibətlərindəki qırmızı xətt Tayvan məsələsidir. Onun sözlərinə görə, bu, iki dövlət arasında münasibətlərin siyasi bünövrəsinin əsasını təşkil edir. Si Cinpin vurğulayıb ki, “Tayvanın müstəqilliyi” dünya ilə uyğun gəlmir. Çin lideri ABŞ hakimiyyətinin Tayvanı “rəqabət üstünlüyü əldə etmək və Çini cilovlamaq üçün alət” kimi istifadə etməyəcəyi vədini xatırladıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm