Demokratlar üstünlüyü ələ aldı
Bizi izləyin

ABŞ

Demokratlar üstünlüyü ələ aldı

ABŞ Senatına Corciya ştatında keçirilən seçkilərin ikinci turunda demokrat senator Rafael Uornok qalib gəlir.

Publika.az Associated Press agentliyinə istinadla xəbər verir ki, demokratların namizədi sabiq prezident Donald Trampın dəstəklədiyi respublikaçı Herşel Uokeri üstələyir. CNN telekanalının məlumatına görə, Uornok 50,8 faiz, onun rəqibi isə 49,2 faiz səs toplayıb.

Corciya ştatında seçkilər mühüm əhəmiyyətə malikdir. Belə ki, Senatda hansı partiyanın çoxluq qazanacağı məhz orada müəyyənləşir. Rafael Uornokun qalib gəlməsi ilə demokratlar Senatda çoxluq əldə edəcək: onlar 51 yerə, respublikaçılar isə 49 yerə sahib olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm