ABŞ "TikTok"la bağlı HƏRƏKƏTƏ KEÇDİ: "FTB rəhbərindən tutmuş..."
Bizi izləyin

ABŞ

ABŞ "TikTok"la bağlı HƏRƏKƏTƏ KEÇDİ: "FTB rəhbərindən tutmuş..."

Respublikaçı senator Marko Rubio Çinin "TikTok" platformasını ABŞ-da qadağan edən qanun layihəsi hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə Senator öz saytında bildirib.

O deyib ki, bu qanun layihəsi əvvəllər hər iki partiya tərəfindən dəstəklənib.

"TikTok"un sahibi olan Çin şirkəti "ByteDance", Çin Kommunist Partiyasına bütün proqram məlumatlarını təqdim etməlidir. FTB rəhbərindən tutmuş FCC komissarlarına, kibertəhlükəsizlik üzrə mütəxəssislərə qədər hər kəs "TikTok"un ABŞ vətəndaşlarına casusluq etmək üçün istifadə edildiyini açıq şəkildə bildirdi", - sənədin izahatında qeyd edilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm