Bayden şərt qoydu: Bu halda Britaniyaya səfər edəcəm!
Bizi izləyin

ABŞ

Bayden şərt qoydu: Bu halda Britaniyaya səfər edəcəm!

London və Brüssel Şimali İrlandiya Protokolu ilə bağlı razılığa gəlməsələr, ABŞ Prezidenti Co Bayden Böyük Britaniyaya dövlət səfərini ləğv edəcək.

Publika.az xəbər verir ki, ABŞ lideri 1998-ci ilin aprelində imzalanmış "Yaxşı Cümə" sazişinin 25 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün ölkəyə səfər etmək arzusundadır. "Telegraph" nəşri Baydenin Britaniyaya səfəri ilə bağlı şərti açıqlayıb və yalnız Londonla Aİ-nin Şimali İrlandiya ilə bağlı razılığa gəldiyi təqdirdə gələcəyini bildirib.

"İrlandiya irsi ilə fəxr edən və katolikliyi qəbul edən ABŞ prezidenti protokol üzrə razılığa gəlmək üçün Londona və Aİ-yə təzyiq edir. Əgər tərəflər onun şərtlərini qəbul etməsələr, o zaman Baydenin yerinə ABŞ-ın dövlət katibi Entoni Blinken Britaniyaya gedəcək", - məlumatda deyilir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm