Bayden Rusiyanı cilovlamaq üçün belə plan qurur
Bizi izləyin

ABŞ

Bayden Rusiyanı cilovlamaq üçün belə plan qurur

ABŞ prezidenti Co Bayden administrasiyası Ukrayna münaqişəsi bitdikdən sonra qüvvələr balansının necə olacağını artıq düşünməyə başlayıb.

Publika.az “The Washington Post”-a istinadla xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinkenin və adı çəkilməyən rəsmilərin nəşrə dediyi kimi, Ukraynada uzunmüddətli sülhün təmin edilməsi və Rusiyanı cilovlamaq strategiyanın bir hissəsi olmalıdır.

Blinkenin sözlərinə görə, Bayden Rusiya Federasiyası ilə genişmiqyaslı münaqişədən və birbaşa qarşıdurmadan qaçmaq istəyir.

Dövlət katibinin qeyd etdiyi kimi, dövlətlər əmindirlər ki, Vaşinqton və onun müttəfiqləri Ukraynanın münaqişədən sonra necə olacağını, həmçinin Kiyevə ərazi bütövlüyünün qorunmasında və gələcəkdə "mümkün təcavüzün" qarşısını almaqda kömək edə biləcək ədalətli və davamlı sülhün təmin edilməsinə necə nail olmaq barədə düşünməlidirlər.

Eyni zamanda, “WP” nəşrinin fikrincə, ABŞ Rusiyaya “dincəlməyə” və yeni hücum üçün hazırlaşmağa imkan vermək istəmir.

Nəşrin yazdığına görə, bir sıra amerikalı məmurlar ABŞ-ın əsas vəzifəsini Kiyevi müqavilə öhdəlikləri haqqında bəyanatlarda deyil, müdafiə vasitələri ilə təmin etməkdə görürlər. Belə ki, Dövlət Departamentinin əməkdaşlarından biri qeyd edib ki, Ukrayna, indi əraziləri ələ keçirmək üçün manevr edə bilən silahlara ehtiyac duyur

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm