Gənəgərçək lobyasından zəhərli maddə hazırladı, Trampa göndərdi
Bizi izləyin

ABŞ

Gənəgərçək lobyasından zəhərli maddə hazırladı, Trampa göndərdi

Trampa “risin”lə dolu məktub göndərən şəxs günahını etiraf edib.

Publika.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezidentlik dövründə ona - Ağ Evə tərkibində zəhərli “risin” maddəsi olan məktub göndərməkdə şübhəli bilinən şəxs suçunu etiraf edib.

Saxlanılan 55 yaşlı Paskal Ferrierin sözügedən məktubu 2020-ci ilin sentyabr ayında göndərdiyi bildirilir. Məktubda belə yazılıbmış: “Sənə yeni bir ad tapdım – çirkin, qəddar təlxək”.

Fransa və Kanadanın ikili vətəndaşı olan Ferrier risin maddəsini Kanadanın Kvebek şəhərindəki evində gənəgərçək lobyasından hazırladığını bildirib.

Aprel ayında keçiriləcək məhkəmə iclasında Ferrierin 22 ilə yaxın həbs cəzası alacağı gözlənilir.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm