F-16-ların Türkiyəyə satışı təxirə salına bilər
Bizi izləyin

ABŞ

F-16-ların Türkiyəyə satışı təxirə salına bilər

Hər iki siyasi partiyadan olan bir qrup ABŞ senatoru prezident Co Baydendən İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri təsdiq olunana qədər Türkiyəyə F-16 qırıcılarının satışını təxirə salmağı tələb ediblər.

Publika.az xəbər verir ki, bu barədə konqresmenlərin ictimaiyyətə müraciətində deyilir.

"Konqres Ankara üzvlük protokollarının ratifikasiyasını tamamlayana qədər Türkiyəyə əlavə dəstək, o cümlədən F-16 təyyarələrinin satışı məsələsini nəzərdən keçirə bilməz", - qanunvericilərin birgə bəyanatında deyilir.

Siyasətçilərin fikrincə, Vaşinqton və Ankara arasında məhsuldar və qarşılıqlı faydalı münasibətlərin ABŞ-ın maraqlarına uyğun olmasına baxmayaraq, Ankaranın Stokholm və Helsinki təkliflərini ratifikasiya etmək istəməməsi gözdən qaça bilməz.

Öz növbəsində Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ administrasiyası Konqresə təyyarələrin satışını dəstəkləməyi açıq şəkildə bəyan edib, lakin Konqres də bu məsələdə söz sahibidir. Prays yekunda vurğulayıb ki, Dövlət Departamenti Türkiyə tərəfi və ABŞ Qanunvericilik Assambleyası ilə dialoqunu davam etdirir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm