ABŞ Rusiya və Belarusa bahalı məhsulların tədarükünə QADAĞA QOYDU
Bizi izləyin

ABŞ

ABŞ Rusiya və Belarusa bahalı məhsulların tədarükünə QADAĞA QOYDU

ABŞ Ticarət Nazirliyi Rusiya və Belarusa bahalı elektronikanın tədarükünə qadağa qoyub. Söhbət smartfonlardan, soyuduculardan, tozsoranlardan və digər məişət texnikasından gedir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrinin rəsmi saytında nməlumat yayımlanıb.

Bildirilib ki, ümumilikdə yeni məhdudiyyətlər lüks mallar kimi təsnif edilən əmtəə nomenklaturasının 276 kodunu əhatə edir.

İndi, ABŞ hökumətinin xüsusi lisenziyası olmadan, aşağıdakı məhsulların Amerika şirkətlərinin Rusiya Federasiyasına və Belarusiyaya tədarük etməsi qadağandır:

  • 300 dollardan yuxarı smartfonlar
  • 750 dollardan yuxarı kondisionerlər
  • 750 dollardan yuxarı soyuducular
  • 300 dollardan yuxarı elektron tərəzi
  • 100 dollardan baha olan daxili elektrik mühərrikli tozsoranlar
  • divara quraşdırılan pərvanələr,
  • qabyuyan maşınlar,
  • məişət mikrodalğalı sobalar,
  • məişət qəhvə maşınları
  • elektrikli tosterlər,
  • səs yazan və təkrar istehsal edən avadanlıqlar və s.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm