ABŞ
Bu ölkə Rusiya ilə savaşmaq üçün Ukraynanı Əfqanıstana çevirir - ŞOK İTTİHAM
“The American Conservative” jurnalının köşə yazarı Peter Van Buren hesab edir ki, ABŞ-ın Ukraynadakı hadisələrə müdaxiləsi bu ölkəni yeni Əfqanıstana çevirib.
Publika.az xəbər verir ki, jurnalistin fikrincə, Amerika hakimiyyəti Ukrayna münaqişəsindən maksimum xarici siyasət təsirini sıxışdırmağa çalışır.
“Vaşinqtonda əsaslandırma belədir: ukraynalıların həyatının “aşağı qiymətinə” və bir ovuc Amerika dollarına Qərb Putinin ABŞ üçün strateji təhlükəsini aradan qaldıra bilər. Heç bir amerikalı ölməyəcək”, - Buren yazıb.
O bəyan edib ki, bu, İraq və ya Əfqanıstan kimi deyil , postmoderndir, “böyük güclərin xalis döyüşüdür”. Buren hesab edir ki, belə bir siyasət ABŞ-ın özünə və müttəfiqlərinə mənfi təsir göstərəcək, həmçinin qara bazarın Amerika silahları ilə dolmasına və ABŞ-Rusiya münasibətlərində gözlənilməzliyə gətirib çıxaracaq.
Ekspert əlavə edib ki, Amerika hakimiyyəti Ukraynanın NATO üçün platforma kimi görünməsi üçün əlindən gələni edib, lakin bu, belə deyil. Vaşinqton Ukraynanın üzv olmamasına baxmayaraq, Şimali Atlantika Alyansının imkanlarını qorumaq və genişləndirmək üçün Kiyevə dəstəyini bəyan edib.
Van Buren, eyni zamanda, Ukraynanın əsas probleminin Rusiya Federasiyası ilə münasibətlərdə deyil, əvvəllər Əfqanıstanda olduğu kimi, qara bazara daxil olan Qərb silahlarının tədarükünün əlavə olunduğu korrupsiya olduğu qənaətindədir.
Akqabay
-
MDB10:46Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?





















.png)












