Bayden bu dəfə soy kökünə rişxənd etdi - İrlandları qəzəbləndirdi
Bizi izləyin

ABŞ

Bayden bu dəfə soy kökünə rişxənd etdi - İrlandları qəzəbləndirdi

ABŞ prezidenti Co Bayden Müqəddəs Patrik Günü şərəfinə verilən şam yeməyi zamanı özünün irland kökü, eləcə də irlandiyalı içki içənlər haqqında zarafat edib.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

O, həmçinin qeyd edib ki, İrlandiyada hələ də ailəsi ilə əlaqəli olan "Finnegan's Pub" adlı müəssisə var. “Lakin mən heç vaxt içki içməyən yeganə irlandiyalıyam. Məndə hər şey qaydasındadır. Mən həqiqətən irland deyiləm", - deyə Bayden deyib.

"Twitter" istifadəçiləri şərhlərdə Amerika liderinin zarafatını pisləyib, onu irlandları içki düşkünü kimi qələmə verməkdə ittiham ediblər.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm