Ağ Evdən KRİTİK AÇIQLAMA: "Oyun qaydalarını yenidən yazmaq istəyirlər"
Bizi izləyin

ABŞ

Ağ Evdən KRİTİK AÇIQLAMA: "Oyun qaydalarını yenidən yazmaq istəyirlər"

"ABŞ Çin sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşlərin nəticələrini diqqətlə izləyəcək".

Publika.az xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "Fox News" kanalın müsahibəsində deyib

"Hər iki ölkə Birləşmiş Ştatların, bir çox müttəfiqlərimizin və tərəfdaşlarımızın İkinci Dünya Müharibəsinin bitməsindən sonra qurduğu qaydalara əsaslanan beynəlxalq nizamı pozur", - sözçü bildirib.

Onun sözlərinə görə, onlar dünyada oyun qaydalarını yenidən yazmaq istəyirlər. Kirbi həmçinin qeyd edib ki, Pekin və Moskva əməkdaşlıqlarını və münasibətlərini xüsusilə son vaxtlar gücləndirir.

ABŞ rəsmisi əlavə edib ki, Si Cinpinin Co Baydenlə ünsiyyət xətlərini açıq saxlayacağına və prezident Volodimir Zelenski ilə danışıqlar yolu ilə Ukraynanın mövqeyini öyrənməyə çalışacağına ümid edir.

"Biz inanırıq ki, çinlilər Ukraynanın mövqeyini eşitməlidirlər", - Ağ Evin təhlükəsizlik üzrə koordinatoru yekunlaşdırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm