Qalmaqallı mətbuat katibi tok-şousu ilə geri döndü
Bizi izləyin

ABŞ

Qalmaqallı mətbuat katibi tok-şousu ilə geri döndü

Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki MSNBC kanalında öz siyasi tok-şousu ilə debüt edib.

Publika.az xəbər verir ki, o, Nümayəndələr Palatasındakı Demokratik azlığın lideri Hakim Cefris, Miçiqan qubernatoru Qrethen Uitmer və Nyu-York meri Erik Adamsı canlı yayıma dəvət edib. Sonuncu ilə Psaki şəhər metrosunda da söhbətləşib.

Xatırladaq ki, Psaki Ağ Evin mətbuat katibi postunu 2022-ci ilin mayında tərk edib. Onun çıxışları çoxsaylı yanlışlıqlarla yadda qalıb. Belə ki, bir dəfə Psaki NATO-nun baş katibi Yens Stoltenberqi BMT-nin baş katibi, ABŞ dövlət katibi Entoni Blinkeni isə ölkə prezidenti adlandırıb. Bundan əlavə, o, Tokio Yay Olimpiya Oyunlarını Pekin Qış Oyunları ilə qarışdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm