Bayden Ağ Evdə olmaqdan niyə qorxur?
Bizi izləyin

ABŞ

Bayden Ağ Evdə olmaqdan niyə qorxur?

ABŞ prezidenti Co Bayden humanitar elmlər və incəsənət sahəsində nailiyyətlərə görə mükafatlandırma mərasimində Ağ Evin Şərq otağında çıxış edərkən şair Riçard Blankonun şeirini səsləndirə bilməyib.

Publika.az xəbər verir ki, açılış nitqində Amerika lideri Blankonu xatırlamağa çalışsa da, kəkələməyə başlayıb. Orada olanlar Baydenə gülüblər.

“Bağışlayın, icazə verin, yenidən başlayım, burada olmaqdan qorxuram”, - Bayden deyib.

Qeyd edək ki, “Newsweek” ABŞ prezidenti Co Baydenin 2022-ci ildə etdiyi ən böyük 8 kobud səhvi dərc edib. Nəşr martın 1-də Ukraynadakı müharibə ilə bağlı çıxışı zamanı Amerika liderinin ukraynalılarla iranlıları necə qarışdırdığını xatırladıb. İyulun əvvəlində qadın hüquqları ilə bağlı çıxışında ABŞ prezidenti teleprompterdə yüksək səslə texniki təlimatlar oxuyub. Və iyulun ortalarında Baydenin Səudiyyə Ərəbistanına səfəri zamanı Amerika lideri və vəliəhd şahzadə Məhəmməd bin Salman əl sıxaraq salamlaşmaq əvəzinə yumruqlaşıblar.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm