ABŞ
Tayvanda müharibə dünya ticarətinin 40%-nin işini POZACAQ

Tayvanın xarici işlər naziri Cozef Vu adada baş verəcək hipotetik müharibənin dünya ticarətinin 40%-nin işini pozacağını bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.
Cozef Vu adanın coğrafi mövqeyinə diqqət çəkərək, dünyada daşınan yüklərin 40%-dən çoxunun Tayvan boğazından keçdiyini qeyd edib. Diplomat onu da vurğulayıb ki, Tayvanda dünyada mikrosxemlərin 60%-dən çoxu və ən qabaqcıl yarımkeçiricilərin 90%-i istehsal olunur.
“Müharibə dünya ticarətinin 40%-dən çoxunu pozacaq. Odur ki, ABŞ Tayvanın özünü müdafiə edə bilməsi üçün qoruyucu avadanlıqla təmin etmək və əsgərləri öyrətmək üçün səylərini davam etdirməlidir”.

-
Hadisə13:03
Sumqayıtda partlayış oldu - Xəsarət alanlar var
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI
-
Sosial07:55
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı