ABŞ
“ABŞ kimyəvi silah ehtiyatlarını payıza qədər məhv etməyə hazırdır”
ABŞ bu ilin payızına qədər kimyəvi silahlarının ləğvi prosesini başa çatdırmağa hazırdır.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiya ilə bağlı keçiriləcək Beşinci Konfrans ərəfəsində yazılı bəyanatında deyilir.
“Birləşmiş Ştatlar ümumi məqsədimizə nail olmaq üçün birlikdə çalışaraq nümunə göstərir. Biz bu ilin payıza qədər kimyəvi silah ehtiyatlarımızın ləğvi prosesini başa çatdırmaq yolundayıq. Bu, şəffaflığın və ictimai təhlükəsizliyin ən yüksək standartlarına cavab verəcək tərksilah mərhələsidir”, - o bildirib.
Qeyd edək ki, konfrans mayın 15-19-da Haaqada keçiriləcək.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO