Konqreslə Ağ Ev razılığa gələ bilmədi - ABŞ-ı nə gözləyir?
Bizi izləyin

ABŞ

Konqreslə Ağ Ev razılığa gələ bilmədi - ABŞ-ı nə gözləyir?

Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib ki, ABŞ prezidenti Co Baydenlə dövlət borcunun artırılması məsələsində razılığa gəlinməyib.

Publika.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

“Bizim hələ ki, razılaşmamız yoxdur”, - o deyib.

Siyasətçi əlavə edib ki, onların Baydenlə son görüşü əvvəlkilərdən daha yaxşı olub. Makkarti vurğulayıb ki, müdafiə xərclərini azaltmağı təklif etmək niyyətində deyil. Lakin dövlət borcunun artmasına qarşı olduğunu qeyd edib və Vaşinqtonu xərclərini dəyişməyə çağırıb.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm