Baydenin həyat yoldaşını elə pərt etdilər ki...
Bizi izləyin

ABŞ

Baydenin həyat yoldaşını elə pərt etdilər ki...

ABŞ prezidentinin həyat yoldaşı Cil Bayden Vaşinqtonda Reyqan İnstitutunda çıxışı zamanı qeyri-adi vəziyyətlə üzləşib.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat verib.

Onun “ölkə birliyi” ilə bağlı açıqlamasından sonra qeyri-adi vəziyyət yaranıb. "Mən qırmızı [Respublika] və mavi [Demokratik] ştatlara səfər etdim və gördük ki, bizi birləşdirən ümumi dəyərlər fərqlərimizdən daha dərindir", - Cil deyib.

Daha sonra dinləyicilərin onun çıxışını alqışlarla qarşılamasını gözləyərək susan 1-ci xanım tamaşaçılardan heç bir reaksiya görməyib. Bu, onu təəccübləndirib və bir qədər fasilədən sonra "tamaşaçılar alqışlaya bilərdilər" deyə əlavə edib. Cil bu sözləri ilə zalda olanları güldürüb.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm