ABŞ
ABŞ Dövlət Departamentindən sülh danışıqlarına dair BƏYANAT

“Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir və biz bunu görməkdən məmnunuq”.
Publika.az xəbər verir ki, bu fikirlər ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin yayımladığı bəyanatda qeyd olunub.
Sənəddə qeyd olunub ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşları ilə görüşəcək:
“ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu məsələlərin həlli zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq.
Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.

-
Kriminal00:00
Mənzillərini kirayə verən qadını sirrini açdığı üçün öldürdü - CİNAYƏT İŞİ / VİDEO
-
Region30 Sentyabr 23:12
Ərdoğan qardaşı oğlunun toyunda - FOTO
-
Sosial30 Sentyabr 21:48
Bu gün şəhid olan hərbçimizin FOTOLARI
-
Sosial30 Sentyabr 21:36
Sumqayıtda toy YASA ÇEVRİLDİ - VİDEO
-
Magazin230 Sentyabr 21:24
"Dünyanın ən gözəl müsəlman qadını" o seçildi - VİDEO
-
Qarabağ 30 Sentyabr 20:48
Ağdərədən yeni görüntülər yayıldı - VİDEO
-
Sosial30 Sentyabr 20:30
Qənirə Paşayevanın məzarı - FOTO
-
Avto30 Sentyabr 20:24
"Apple"in iddialı layihəsi DALANA DİRƏNDİ