Bayden yenə yıxıldı - ANBAAN VİDEO
Bizi izləyin

ABŞ

Bayden yenə yıxıldı - ANBAAN VİDEO

ABŞ prezidenti Co Bayden Koloradoda ABŞ Hərbi Hava Qüvvələri Akademiyasında keçirilən buraxılış mərasimi zamanı hərbçilərin və tamaşaçıların qarşısında yerə yıxılıb.

Publika.az xəbər verir ki, tədbirdə baş verən hadisə televiziya ilə yayımlanıb.

Videodan görünür ki, Amerika prezidenti əvvəlcə podiumda olub, sonra isə dönüb ayağının altındakı qutunun üstündən büdrəyərək yıxılıb. Bayden dərhal ayağa qalxmağa çalışıb, lakin bacarmayıb. Mühafizəçilər ona kömək etməyə gəlib və dövlət başçısını ayağa qaldırıblar.

Hələlik Ağ Evdən 80 yaşlı siyasətçinin yıxılma zamanı xəsarət alıb-almaması ilə bağlı məlumat daxil olmayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm