Ağ Evdən Baydenin səhhəti ilə bağlı AÇIQLAMA
Bizi izləyin

ABŞ

Ağ Evdən Baydenin səhhəti ilə bağlı AÇIQLAMA

Cümə axşamı Koloradoda Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasının məzunları üçün keçirilən buraxılış mərasimində səhnədə yıxılan ABŞ Prezidenti Cozef Baydenin səhhəti yaxşıdır.

Publika.az xəbər veri ki, bu barədə Ağ Evin ictimaiyyətlə əlaqələr üzrə direktoru Ben Labolt tviter hesabında məlumat verib.

"O (Bayden - red) yaxşıdır", - Labolt yazıb.

Ben Labolt bununla izah edib ki, dövlət başçısı səhnədə qum torbasına ilişərək büdrəyib.

Prezidentin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə deyib ki, Bayden "tam yaxşı"dır. Onun sözlərinə görə, Vaşinqton administrasiyasının rəhbəri Prezident təyyarəsinə “təbəssümlə” minib.

Amerika liderinin iştirak etdiyi buraxılış mərasimi təxminən 3,5 saat davam edib və akademiyanın 920 məzunu iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm