ABŞ Milli Qvardiyası bu ölkə ilə sərhədə göndərildi
Bizi izləyin

ABŞ

ABŞ Milli Qvardiyası bu ölkə ilə sərhədə göndərildi

Texas qubernatoru Qreq Abbottun tələbi ilə 14 ştatdan ABŞ Milli Qvardiyasının nümayəndələri Meksika ilə sərhədə göndərilib.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Abbott deyib ki, Texas təhlükəsizlik üçün 4,5 milyard dollar xərcləyib və dəstəyə ehtiyacı var. Köməyə ilk gələn Florida qubernatoru Ron DeSantis olub, o, 500-ü hərbçi olmaqla 1100 nəfəri sərhədə göndərdi.

Eyni zamanda Arkanzas, Cənubi Dakota, Tennessi, Virciniya və digər ştatlardan olan Milli Qvardiyanın qüvvələri Texasın köməyinə gələcək. Bu ərazilərin hakimiyyət orqanları böhranda dövlət başçısı Co Baydeni günahkar hesab edir .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm