Amerikalı generaldan ŞOK ETİRAF: "Üç ikidən daha çətindir"
Bizi izləyin

ABŞ

Amerikalı generaldan ŞOK ETİRAF: "Üç ikidən daha çətindir"

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Milli Müdafiə Universitetində məzunlar qarşısında çıxışı zamanı Rusiyanı super güc adlandırıb.

Publika.az xəbər verir ki, son illərdə bir çox ABŞ rəsmiləri Rusiyaya münasibətdə "fövqəlgüc" ifadəsindən yayınıblar.

Milli izah edib ki, Soyuq Müharibə zamanı iki super güc - SSRİ və ABŞ arasında qarşıdurma olub. Sonra SSRİ-nin dağılmasından sonra 10-15 il ərzində ABŞ dünyanın yeganə super dövləti olaraq qalıb.

"İndi getdikcə daha aydın olur ki, biz həqiqətən çoxqütblü beynəlxalq mühitdəyik", - Mark Milli deyib.

O, müasir dünyada ən azı üç fövqəldövlətin - ABŞ, Çin və Rusiyanın olduğunu vurğulayıb: "Üç ikidən daha çətindir".

Amerikalı general yaxın onilliklərdə dünyanın çox ciddi çağırışlar və böhranlarla qarşı-qarşıya qalacağını deyib.

Milli onu da diqqətə çatdırıb ki, bir sıra digər dövlətlər indi öz regionlarında getdikcə daha qabarıq rol oynamağa başlayır və sonradan fövqəldövlət statusuna iddia qaldıra bilərlər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm