ABŞ
Bayden "cəmiyyəti viran qoyan qasırğa"nın qarşısını belə alacaq

ABŞ prezidenti Co Bayden ölkəsində silahlı zorakılığın qarşısını almaq, silahlı hücumların qarşısını almaq, həll yolları hazırlamaq və hücum qurbanlarına dəstək olmaq üçün rəsmi olaraq ilk federal bölmənin yaradıldığını açıqlayıb.
Publika.az xəbər verir ki, mətbuat konfransında danışan Bayden, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin silahlı zorakılıq, hücumların qarşısını almaq və hücum qurbanlarına dəstək olmaq üçün qurulan Silah Zorakılığının qarşısının alınması Ofisinin rəhbəri vəzifəsinə təyin edildiyini bildirib.
Ölkəsində ilin əvvəlindən bu yana 500-dən çox kütləvi atışma olduğunu və 30 mindən çox insanın silahlı zorakılıq nəticəsində öldüyünü qeyd edən Bayden bu hücumları "cəmiyyəti viran qoyan qasırğa" kimi qiymətləndirib.
Yeni bölmənin məqsədi keçən il qəbul edilmiş silah təhlükəsizliyi qanununun və Bayden administrasiyasının silah zorakılığının qarşısının alınması qərarlarının faktiki olaraq ölkə daxilində həyata keçirilməsini təmin etməkdir.
Bölmə həmçinin ştatlarda kütləvi atışma və silahlı zorakılıq yaşayan ailələrə dövlət dəstəyini koordinasiya etməyi planlaşdırır.
Silah Zorakılığı Arxivi (Gun Violence Archieve) dünyada ən çox kütləvi atışmaların baş verdiyi ölkə olan ABŞ-da 2022-ci ildə təxminən 645, 2021-ci ildə isə 690 kütləvi atışma olduğunu bildirib.
Nəzrin

-
MDB12:28
Putin bunu etsə Stalini keçəcək
-
Rəsmi xronika12:00
Azərbaycanın bu ölkədəki səfiri geri çağırıldı
-
Nida Xəbər 11:48
Ermənistan piyadadır, əsas problem İrandır: Türklər döyüşdən qaçmır, sadəcə...
-
Nida Təhlil 11:04
Rusiyadan Ermənistana Lars şapalağı - TƏFƏRRÜAT
-
Rəsmi xronika10:30
"Ermənistan nə bu gün, nə də gələcəkdə..." - Prezident
-
Hadisə09:38
Bakıda mebel salonu YANDI
-
Hadisə09:21
Şəhid ailəsinin evini soyan şəxs saxlanıldı - FOTO
-
Elm və təhsil09:06
Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor TƏYİN EDİLDİ