ABŞ
ABŞ ordusu üçün ilk hava taksiləri alındı

ABŞ Hərbi Hava Qüvvələri Amerikanın "Joby Aviation In"c şirkətindən ilk hava taksi modelini alıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, sözügedən şirkət bu yaxınlarda Edvards Hərbi Hava Qüvvələri bazasına ilk hava taksi modelini təhvil verib.
Avadanlıq ABŞ Hərbi Hava Qüvvələri ilə müqavilə əsasında bazanın yerləşdiyi Kaliforniya ştatına gəlib.
Müqavilənin məbləği 130 milyon dolları ötüb. Şirkət ABŞ Hərbi Hava Qüvvələrinə və federal agentliklərə 10-a qədər hava taksisi təqdim etməyi öhdəsinə götürür.
Yeni model bir pilot və dörd sərnişin üçün nəzərdə tutulub və 454 kq-a qədər yük daşıya bilir.
Hava taksiləri 322 km/saat sürətə çata bilir. Elektrik mühərrikləri ilə işləyən təyyarələrə qulluq etmək daha asan olduğundan ABŞ Hərbi Hava Qüvvələri bu cür texnologiyaların yaradılmasında maraqlı olduğunu bildirib. Məsələn, hərbçilər Sakit okeanda qısa məsafələrə şəxsi heyəti və yükləri daşımaq üçün hava taksilərindən istifadə edə bilərlər.
Hüseyn İbadlı

-
Qoroskop12:58
2024-cü ilin ulduz falı: Bu bürclər karyerasında BÖYÜK UĞURLAR QAZANACAQ
-
MDB12:28
Putin bunu etsə Stalini keçəcək
-
Rəsmi xronika12:00
Azərbaycanın bu ölkədəki səfiri geri çağırıldı
-
Nida Xəbər 11:48
Ermənistan piyadadır, əsas problem İrandır: Türklər döyüşdən qaçmır, sadəcə...
-
Nida Təhlil 11:04
Rusiyadan Ermənistana Lars şapalağı - TƏFƏRRÜAT
-
Rəsmi xronika10:30
"Ermənistan nə bu gün, nə də gələcəkdə..." - Prezident
-
Hadisə09:38
Bakıda mebel salonu YANDI
-
Hadisə09:21
Şəhid ailəsinin evini soyan şəxs saxlanıldı - FOTO