Melaniya qorxur ki, Tramp siyasətə qayıtsa...
Bizi izləyin

ABŞ

Melaniya qorxur ki, Tramp siyasətə qayıtsa...

Trampın həyat yoldaşı mümkün ikinci müddət üçün nikahdan əvvəlki razılaşmanı yenidən müzakirə edir.

Publika.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya ərinin ikinci dəfə prezident seçilmə ehtimalının olduğuna görə evlilik müqaviləsinin şərtlərinə yenidən baxıb. Bu barədə "Page Six" məlumat yayıb.

“Son bir il ərzində Melaniya və komandası sakitcə onunla Donald Tramp arasındakı yeni “nikahdan sonrakı” razılaşma haqqında danışıqlar aparırdı. Bu, ən azı üçüncü dəfədir ki, Melaniya nikahdan əvvəlki müqavilənin şərtlərini müzakirə edir", - xəbərdə deyilir.

Məlumata görə, Melaniya ərinin siyasətə qayıtmasının yeganə oğlu Barronun gələcək maliyyə vəziyyətinə mənfi təsir göstərə biləcəyindən qorxur.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm