ABŞ-ın dövlət borcu 34 trilyon dolları keçdi
Bizi izləyin

ABŞ

ABŞ-ın dövlət borcu 34 trilyon dolları keçdi

Amerika Birləşmiş Ştatlarının dövlət borcu 34 trilyon dollar həddini keçib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Xəbərin yazıldığı vaxt bu göstəricinin dəyəri 34 001 493 655 565 dollar 48 sent təşkil edir. 2023-cü ildə Amerikanın dövlət borcu 4 trilyon dollardan çox artıb.

Oktyabrda qiymətli kağızlara investisiyaları 1,09 trilyon dollara çatan ABŞ dövlət istiqrazlarına investisiyaların həcminə görə Yaponiya liderliyini qoruyub saxlayıb.

İkinci yerdə böyük geriləmə ilə Çin 769,6 milyard göstərici ilə, ilk 3-lüyü Böyük Britaniya (693 milyard) tamamlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm