Hava limanında mumiya həyəcanı: Yemək üçün aparırmış
Bizi izləyin

ABŞ

Hava limanında mumiya həyəcanı: Yemək üçün aparırmış

ABŞ-da hava limanında gömrük işçiləri çamadanda mumiyalanmış meymun qalıqları tapıb.

Publika.az xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada xüsusi təlim keçmiş K9 iti Buddey sayəsində 4 meymun qalıqlarının tapıldığı bildirilib.

Sərnişin çamadanında qurudulmuş balıq olduğunu deyib, lakin sonradan aparılan yoxlamalar nəticəsində ümumi çəkisi 4 kiloqram olan meymun cəsədi aşkar edilib.

ABŞ Gömrük və Sərhəd Mühafizəsinin sözçüsü Rayan Bissette bildirib ki, sərnişin daha sonra meymunları yemək üçün özü ilə apardığını deyib.

Bissette vəhşi heyvan ətinin Ebola kimi epidemik xəstəliklərə səbəb ola biləcəyi üçün ölkəyə girişinin qadağan edildiyini xatırladıb. O, meymun cəsədlərinin ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən məhv ediləcəyini bildirib.

Qurum rəsmisi bildirib ki, sərnişinlə bağlı heç bir hüquqi tədbir başlanmayıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm