ABŞ dünyanın ən təhlükəli cinayətkarlarının sığınacağıdır - Maskdan şok iddia
Bizi izləyin

ABŞ

ABŞ dünyanın ən təhlükəli cinayətkarlarının sığınacağıdır - Maskdan şok iddia

Hazırkı Amerika administrasiyasının immiqrasiya siyasəti ABŞ-ı dünyanın hər yerindən gələn ən təhlükəli cinayətkarların sığınacağına çevirib.

Publika.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask bildirib.

“Şəxsiyyət vəsiqəsindən qurtulmaq, cənub sərhədini keçmək və “sığınacaq” tələb etmək bacarığı Amerikanı dünyanın ən təhlükəli cinayətkarları üçün sığınacağa çevirib”.

Qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyət bir neçə ildir ki, cənub ştatları ilə federal hökumət arasında mübahisə mövzusudur. Ən gərgin vəziyyət qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün sərt tədbirlərin tərəfdarı olan və bu məsələdə hazırkı Amerika administrasiyasının siyasətinə qarşı çıxış edən respublikaçı qubernator Qreq Ebbotun rəhbərlik etdiyi Texas ştatında yaranıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm