Harris etirazla üzləşdi, çıxılmaz vəziyyətə düşdü - Susmağa məcbur oldu
Bizi izləyin

ABŞ

Harris etirazla üzləşdi, çıxılmaz vəziyyətə düşdü - Susmağa məcbur oldu

İsrailin hərəkətlərinə etiraz edənlər ABŞ-ın Demokratlar Partiyasının namizədi Kamala Harrisi Detroitdə keçirilən kampaniya mitinqində susdurub.

Publika.az xəbər verir ki, onun çıxışının video görüntüləri C-SPAN tərəfindən yayımlanıb .

Videoda nümayişçilərin İsrail əleyhinə şüarlar səsləndirdiyi görünür. “Əgər Donald Trampın qalib gəlməsini istəyirsinizsə, deyin. Əks halda, mən danışmağa davam edəcəm”, - ABŞ-ın vitse-prezidenti onlara müraciət edib.

Siyasətçinin çağırışına cavab olaraq daha çox səs-küy yaranıb. Bu səbəbdən üzündə narazı ifadə ilə Harris etirazçıların özlərinə gəlməsini gözləmək məcburiyyətində qalıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm