Trampın ordu ilə bağlı planı üzə çıxdı - Qalib gələrsə...
Bizi izləyin

ABŞ

Trampın ordu ilə bağlı planı üzə çıxdı - Qalib gələrsə...

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələrsə, ölkənin daxili problemlərini həll etmək, eləcə də iğtişaşları yatırmaq üçün ordudan istifadə edəcək.

Publika.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti yazıb.

“İlk prezidentlik müddətində Tramp ABŞ ərazisində qanunların tətbiqi üçün qoşunlardan istifadə ilə bağlı vizyonunu həyata keçirə bilmədi. Lakin o, hakimiyyətə qayıdarsa, ordudan bir sıra daxili hüquq-mühafizə məqsədləri üçün istifadə etmək niyyətində olduğunu açıq şəkildə bildirdi. Buraya sərhəddə patrulluq etmək, etirazları yatırtmaq və hətta Demokratlar tərəfindən idarə olunan böyük şəhərlərdə cinayətlə mübarizə daxildir", - deyə qəzet bildirib.

Nəşrin yazdığına görə, Trampın komandası hazırda ölkənin daxili problemlərinin həlli üçün ordunun cəlb edilməsi məsələsinin qanuni əsasları üzərində işləyir.

Belə ki, ABŞ-də ordunun dövlət daxilində istifadəsi 1878-ci il tarixli "Posse Comitatus Aktı" ilə məhdudlaşdırılır. Bu qanun daxili məqsədlər üçün nizami federal qoşunların istifadəsini cinayət kimi təsnif edir. Bununla belə, 1807-ci il tarixli Üsyan Aktı prezidentə vəziyyətin bunu tələb etdiyinə inandığı halda asayişi bərpa etmək məqsədilə daxili hərbi qüvvələrdən istifadə etmək üçün fövqəladə səlahiyyətlər verir.

Hələ fevral ayında Tramp demişdi ki, əgər yenidən Amerika lideri seçilərsə, ölkə sərhədini bağlayacaq və qeyri-qanuni miqrantların kütləvi deportasiyasına başlayacaq.

Qeyd edək ki, ABŞ-də 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm