Kennedi Bayden və Blinkenə səsləndi: Bunu dayandırın!
Bizi izləyin

ABŞ

Kennedi Bayden və Blinkenə səsləndi: Bunu dayandırın!

Amerikalı siyasətçi kiçik Robert Kennedi ABŞ prezidenti Co Baydenə və dövlət katibi Entoni Blinkenə müraciət edib

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, onlardan Qərb ölkələrinin, xüsusən də Böyük Britaniyanın Rusiya Federasiyasına dərin zərbələr endirməsinə imkan verməməyi xahiş edib. Onun sözlərinə görə, bu, Ukraynada münaqişənin kəskinləşməsinə səbəb ola bilər.

“ABŞ dövlət katibi Blinken, prezident Bayden, bu ehtiyatsız eskalasiyanı dayandırın!”, - Kennedi müraciətində vurğulayıb.

Qeyd edək ki, Bayden bir neçə saat əvvəl Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşərək Rusiya Federasiyasının Qərb silahları ilə endirdiyi zərbələri müzakirə edib.

Danışıqların nəticələri ictimaiyyətə açıqlanmayıb. Buna cavab olaraq Rusiya Federasiyasının prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Qərbin Rusiya Federasiyasına uzaq məsafədən zərbələr endirməsinə razılıq verməsini NATO-nun Rusiyaya qarşı müharibəyə birbaşa müdaxiləsi kimi qiymətləndirəcək.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm