BMT-nin baş katibindən iki nəhəngə NÜVƏ ÇAĞIRIŞI: "Eyni medalın iki üzüdür"
Bizi izləyin

ABŞ

BMT-nin baş katibindən iki nəhəngə NÜVƏ ÇAĞIRIŞI: "Eyni medalın iki üzüdür"

"Rusiya və ABŞ nüvə arsenallarının azaldılması prosesinə qayıtmalı və bu cür silahlara malik olan digər ölkələr də onlardan nümunə götürməlidir".

Publika.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş deyib.

Baş katib qeyd edib ki, 10 il əvvəlki vəziyyətlə müqayisədə bu gün dünya heç də nüvə silahının ləğvinə yaxın deyil. Quterreşin sözlərinə görə, hazırda yeni silahlanma yarışının başlaması ilə bağlı bəzi narahatlıqlar var.

“Silahsızlanma və silahların yayılmaması eyni medalın iki üzüdür. Birində irəliləyiş digərində tərəqqiyə təkan verir”, - deyə dünya təşkilatının baş katibi bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm