""Ənənəvi oktyabr sürprizi", genişmiqyaslı müharibə təhlükəsi..." - Polkovnik KARTLARI AÇDI
Bizi izləyin

ABŞ

""Ənənəvi oktyabr sürprizi", genişmiqyaslı müharibə təhlükəsi..." - Polkovnik KARTLARI AÇDI

"Ukrayna Prezidenti Voladimir Zelenskinin “qələbə planı”nın həyata keçirilməsi ABŞ-ın birbaşa iştirakı ilə Avropada genişmiqyaslı müharibə təhlükəsi yaradır".

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun keçmiş əməkdaşı, istefada olan polkovnik Robert Maginnis "American Thinker" jurnalı üçün yazdığı məqalədə xatırladıb.

Ekspert onu da vurğulayıb ki, Zelenskinin ABŞ-a "satmağa" çalışdığı bu sənəd hazırkı Amerika hökuməti tərəfindən qəbul edilərsə, o zaman münaqişə nəinki digər ölkələrə yayıla, hətta nüvə xarakterinə də çevrilə bilər.

Maginnis həmçinin xəbərdarlıq edib ki, Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsi ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində “ənənəvi oktyabr sürprizinə” çevrilə bilər.

Eyni zamanda ekspert qeyd edib ki, münaqişə prinsipcə bu yerə gəlməməli idi:

"Lakin indi biz Co Bayden və Kamala Harrisin sui-istifadəsi ucbatından çox ciddi vəziyyətdəyik".

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm