Lavrov BMT-nin baş katibi ilə görüşdü
Bizi izləyin

ABŞ

Lavrov BMT-nin baş katibi ilə görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlara başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin "Telegram" kanalında məlumat verilib.

Xarici İşlər Nazirliyi Lavrov və Quterreşin əl sıxdığı fotonu dərc edib. Görüşün təfərrüatları barədə məlumat verilmir.

Sentyabrın 11-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya diplomatik xidmətinin rəhbərinin BMT Baş Assambleyası çərçivəsində bir sıra görüşləri, o cümlədən Quterreşlə danışıqları planlaşdırılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm