ABŞ bu bölgədə dəhşətli müharibə başladacaq: görün hansı dövlətlər cəlb ediləcək
Bizi izləyin

ABŞ

ABŞ bu bölgədə dəhşətli müharibə başladacaq: görün hansı dövlətlər cəlb ediləcək

Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə yeni böyük müharibə başlada bilər.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı iqtisadçı Mixail Xazin bildirib.

Ekspertin fikrincə, savaş Cənubi Çin dənizindən başlaya bilər. Gərginliyin rəsmi səbəbi NATO qüvvələri tərəfindən sulardakı mübahisəli süni adaların ələ keçirilməsi ola bilər. Bu baş verərsə, Çin bu hərəkətlərə sərt reaksiya vermək məcburiyyətində qalacaq.

Ekspert hesab edir ki, əslində dənizdə başlayan döyüş Şərqi Asiyanın kontinental hissəsinə də keçə bilər. İqtisadçının sözlərinə görə, yaxın vaxtlarda ABŞ-ın hərbi-siyasi rəhbərliyi Avropadan buraya hərbi qoşun köçürməyə başlaya bilər.

Xazin izah edib ki, Qərbin növbəti hərbi kampaniyasının əsas məqsədi Çini strateji cəhətdən sıxışdırmaq olmalıdır: "Birləşmiş Ştatlar üçün bu, bütün 21-ci əsr üçün ən mühüm geosiyasi vəzifədir. Hegemon dövlətin bütün qüvvələri bura yetiriləcək".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm