“Prezident olmaq üçün ona...” - Obamanın qardaşı
Bizi izləyin

ABŞ

“Prezident olmaq üçün ona...” - Obamanın qardaşı

ABŞ prezidenti olmaq üçün keçmiş Amerika lideri Barak Obama Klintonların və digər zəngin insanların dəstəyini almalı idi.

Publika.az xəbər verir ki, bu sözləri sabiq prezidentin ögey qardaşı Malik Obama RT-yə bildirib.

Malik Obamanın sözlərinə görə, Barak “təvazökar və mehriban” idi. “Amma o, hakimiyyətə gələndə özünü müəyyən tərzdə aparmalı oldu”, - deyə Obama əlavə edib.

“Düşünmürəm ki, o onlara yox deyə bilər, çünki bu insanlar onu dəstəkləyənlərdir və o, onların qaydaları ilə oynamaq məcburiyyətində idi”, - Malik Obama qeyd edib.

O, həmçinin bildirib ki, indi Ağ Evin hazırkı qərarlarına Barak Obamanın özü təsir edir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm