ABŞ
ABŞ tarixində BİR İLK: Ağ Ev aparatına qadın rəhbərlik edəcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid komandası vəzifəyə başladıqdan sonra onun müşaviri Susan Vilesin Ağ Evin aparat rəhbəri vəzifəsinə təyin olunacağını elan edib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Susan güclü, ağıllı, yenilikçi, heyranedici və hörmətlidir. O, ABŞ tarixində Ağ Ev aparatına rəhbərlik edən ilk qadın olacaq”, - deyə onun tərəfdaşları Trampın seçimini şərh ediblər.
Qeyd olunur ki, Susan Tramp komandasının tərkibində 2016, 2020 və 2024-cü il seçki kampaniyalarında fəal iştirak edib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Tramp seçkilərdə 295 səs toplayıb.
ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20- də baş tutacaq.
Hüseyn İbadlı
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi



































