ABŞ
Vaşinqton Tramp dövründə Paris iqlim sazişindən yenidən çıxacaq
ABŞ Respublikaçı Donald Trampın dövründə 2015-ci il Paris iqlim sazişindən yenidən çıxa bilər.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Trampın keçid komandası artıq iqlim və enerji sahələrində bir neçə icra sərəncamı hazırlayıb. Onlar ABŞ-ın Paris iqlim sazişindən çıxmasını və ölkənin qərbində neft hasilatının miqyasını artırmağa imkan verən qorunan təbii ərazilərin azaldılmasını nəzərdə tutur. Bundan əlavə, Ətraf Mühitin Mühafizəsi Agentliyinin qərargahının və onun 7 min əməkdaşının Vaşinqtondan başqa şəhərə köçürülməsi müzakirə edilir.
Xatırladaq ki, Tramp dəfələrlə qlobal istiləşmə anlayışının elmi əsaslılığına şübhə etdiyini bildirib. O, 2017-ci ildə ABŞ-ı Paris iqlim sazişindən çıxarıb. 2021-ci ilin yanvarında Cozef Bayden ABŞ prezidenti olanda Vaşinqtonu Paris razılaşmasına qaytaran fərman imzalayıb.
-
Dünya07:15Kadırov 20 yaşlı oğluna daha bir yüksək vəzifə verdi
-
Sosial06:16Toyuq ətini bu şəraitdə istehsal edirlərmiş - Şok görüntülər
-
Qoroskop02:19Günün ulduz falı: bu məsələlərdə çox şanslı bir dövrdəsiniz
-
Rəsmi xronika02:07Prezidentdən məmurlara XƏBƏRDARLIQ - Sərəncam özünü çox gözlətməyəcək!
-
Magazin101:20Namiq Məna qızının ailəsi ilə qəzaya düşməsindən danışdı
-
Rəsmi xronika00:15Bakıda bu YENİLİKLƏR olacaq - Prezident ŞAD XƏBƏR verdi
-
Ekopublika.az5 Yanvar 23:55Dollar 2026-cı ildə neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA
-
Nida Təhlil 5 Yanvar 23:45Azərbaycan Qəzzaya əsgər göndərəcəkmi? - Prezident nöqtəni qoydu
















.jpg)




















.jpg)
