ABŞ
Demokratlar buna görə amansız məğlubiyyətə uğrayıblar - Mask SƏBƏBİ AÇIQLADI
"Demokratlar Partiyasının ABŞ seçkilərində uğursuzluğa düçar olması xalqla əlaqənin kəsilməsi ilə bağlı olub".
Publika.az xəbər verir ki, bu barədə milyarder İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Maskın sözlərinə görə, Demokratlar "o qədər sola gediblər ki, xalqla əlaqəsi kəsilib".
"Buna görə də onlar bu seçkidə belə amansız məğlubiyyətə uğradılar", - sahibkar qeyd edib.
Mask bir gün əvvəl Respublikaçıların qələbəsi haqqında danışarkən analoji fikri ifadə etmişdi.
"Xalq bizə mandat verib və bu, göz qabağındadır. Camaat danışıb. Xalq dəyişiklik istəyir", - Mask bunu Trampın Mar-a-Laqo malikanəsində təşkil edilən “Institut for America First” qalasında çıxışı zamanı deyib.
Seçki kampaniyası zamanı İlon Mask Respublikaçılar və Donald Trampın ən çox görünən tərəfdarlarından biri olub. Nəticədə o, ölkə administrasiyasında vəzifə alacaq və yeni Hökumətin Effektivliyi Departamentinin həmsədri olacaq. Mask öz işinin məqsədlərindən birini dövlət büdcəsinin xərclərini 2 trilyon dollar azaltmaq olacağını deyib.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:25Azərbaycanlı hərbçilər İran ordusunu tərk edir
-
Nida Xəbər 13:30Müdafiə Nazirliyi bəyanat yaydı - Hücum cavabsız qalmayacaq
-
Nida Xəbər 12:58Naxçıvana neçə PUA ilə hücum edilib? - İran səfirliyi
-
Sosial12:27Naxçıvandan daha bir - Video
-
Hadisə12:18İranın Naxçıvanı vurmasının detalları bəlli oldu: Hücum davam edir - Video
-
Dünya11:35Qaçılmazdır: Yaxın günlərdə neft bu qiymətə olacaq
-
Sosial11:32Nicat Kazımova yeni vəzifə verildi
-
Nida Xəbər 10:34Əli Əsədov qərar imzaladı







.jpg)

.jpg)


















.jpg)


.jpg)






