ABŞ
Tramp ona da vəzifə verəcək - FOTO
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Federal Rabitə Komissiyasının (FCC) sədri vəzifəsinə hazırkı respublikaçı Brendan Karrın namizədliyini irəli sürdüyünü açıqlayıb.
Publika.az xəbər verir ki, Tramp Karrın FCC-dəki uzun keçmişini və onun bu vəzifəyə uyğun namizəd olduğunu vurğulayıb.
O xatırladıb ki, Karr bundan əvvəl üç dəfə Senatdan yekdil razılıq alıb. O, 2017-ci ildə FCC üzvlüyünə namizədliyini irəli sürdüyü Karrın uğurlu işlərə imza atdığını və bu sahədə yenidən ona etibar etdiyini bildirib.
Karrın İlon Maskın genişzolaqlı internet provayderləri almaq cəhdlərinə müsbət yanaşdığı iddia edilir. Mask Trampa yaxınlığı ilə tanınan bir iş adamı olduğu üçün bu vəziyyətlə bağlı tənqidi fikirlər səsləndirilib.
Çox müzakirə olunan “Project 2025” kitabında Karr Federal Rabitə Komissiyasının sədri olacağı təqdirdə ölkədə medianı necə yenidən formalaşdıracağını və tənqidçiləri susduracağını ətraflı təsvir edib.
Roza
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı






































